Haqqımızda
Sosial İnnovasiyalar Platforması — sosial araşdırmalar və ictimai rəy sorğularının keçirilməsi, strateji və konseptual sənədlərin hazırlanması, sosial-iqtisadi islahatlar və inkişaf yönümlü layihələrin tərtibi sahəsində ixtisaslaşmış, peşəkar ekspertlərdən ibarət müasir bir şəbəkədir. Platforma eyni zamanda monitorinq və qiymətləndirmə, eləcə də müxtəlif sosial-iqtisadi mövzularda təlim-tədqiqat və ekspert məsləhəti xidmətləri göstərməklə dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti institutları üçün innovativ həllərin tətbiqini təşviq edən etibarlı tərəfdaşa çevrilmişdir.


Missiyamız
Dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti üçün sosial-iqtisadi sahədə innovativ, davamlı və ölçülə bilən həllər təklif edən peşəkar yanaşmanı təmin etməkdir. Biz, müasir yanaşmalar, analitik təhlillər və yerli reallıqlara uyğunlaşdırılmış strategiyalar vasitəsilə tərəfdaşlarımızın qərarvermə proseslərini gücləndirir, sosial təsirin artırılmasına və iqtisadi dəyərin yaradılmasına məqsədyönlü şəkildə dəstək veririk.
Baxışımız
Sosial İnnovasiyalar Platforması inklüziv, dayanıqlı və innovasiyaya əsaslanan cəmiyyətin formalaşdırılmasında aparıcı rol oynayan, sosial inkişafı sürətləndirən qlobal nümunəyə çevrilməyi hədəfləyir. Platforma dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığı gücləndirməklə sosial inkişafın təşviqinə, müsbət dəyişikliklərin həyata keçirilməsinə və innovativ həllərin tətbiqinə sistemli şəkildə töhfə verməyi qarşısına məqsəd qoyur.
Dəyərlərimiz
Dayanıqlılıq
Göstərilən xidmətlərin uzunmüddətli təsirini və sosial dayanıqlılığının təmin edilməsidir.
İnnovativlik
Sosial-iqtisadi inkişaf çağırışlarına müasir, yaradıcı və təsirli həllərin tətbiqinin əsas prinsip kimi qəbul edilməsidir.
Əməkdaşlıq
Dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlığın gücləndirilməsidir.
İnklüzivlik
Cəmiyyətin bütün qruplarını əhatə edən, bərabər imkanlar yaradan və heç kimi kənarda qoymayan yanaşmanın əsas prinsip kimi qəbul edilməsidir.
Peşəkarlıq
Bütün fəaliyyətlərimizdə yüksək peşəkarlığın və obyektivliyin qorunmasıdır.
