AKTUAL TRENDLƏR

Mart 2026


Yaşıl iqtisadiyyat və ESG yanaşması

Yaşıl iqtisadiyyat —dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda insan rifahını artırmaqla həyata keçirilən iqtisadi inkişaf modelidir.

Bu yanaşmada məqsəd təkcə iqtisadi artım deyil, həm də ekoloji tarazlıq və sosial ədalətdir.Yaşıl iqtisadiyyat qlobal səviyyədə davamlı inkişaf və karbon emissiyalarının azaldılması məqsədilə iqtisadi sistemlərin ətraf mühitlə uyğun şəkildə yenidən qurulması trendi kimi ortaya çıxır.

ESG (Ekoloji, Sosial və Korporativ idarəetmə) yanaşması — təşkilatların və investorların fəaliyyəti yalnız maliyyə qazancı ilə deyil, həm də ekoloji, sosial və idarəetmə məsuliyyəti ilə qiymətləndirməsinə əsaslanan müasir yanaşmadır. Bu yanaşmada əsas məqsəd ətraf mühitə zərəri azaltmaq, ədalətli və sosial məsuliyyətli fəaliyyət, dürüst, şəffaf və effektiv idarəetmədir.

Ətraflı

BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası çərçivəsində keçirilən COP (Tərəflər Konfransı) sessiyaları yaşıl iqtisadiyyata keçidin qlobal gündəmini müəyyən edir. COP28 və COP29 kimi görüşlər investisiya, maliyyə və texnologiya transferi ilə bağlı qlobal qərarların müzakirəsini təşviq edir.

Çoxsaylı ölkələr və iştirakçılar fosil yanacaqlardan (yer qabığında milyonlarla il ərzində bitki və zooplankton qalıqlarının termobarik təsirlər altında parçalanması nəticəsində yaranan təbii yanacaq növləri, məsələn kömür, neft və təbii qaz) maliyyənin azaldılması, bərpa olunan enerji investisiyalarının artırılması kimi hədəfləri gündəmə gətiriblər.

Avropa İttifaqı “European Green Deal” çərçivəsində 2050-ci ilədək iqlim neytrallığına nail olmaq üçün enerji, nəqliyyat, kənd təsərrüfatı və sənaye sahələrində tədbirlər görür.

Ədalətli Keçid Mexanizmi (Just Transition Mechanism) kimi mexanizmlər köhnə karbon-intensiv sənaye bölgələrini rəqəmsal və bərpa olunan enerji iqtisadiyyatına keçirtmək üçün sosial və iqtisadi dəstəyi təmin edir. Bir çox dövlətlər Paris İqlim Sazişinə qoşularaq milli iqlim planları hazırlayır, karbon azaldılması və yaşıl iqtisadiyyata keçid məqsədlərini daxil edir. Bu, qlobal səviyyədə yaşıl iqtisadiyyat strategiyasının əsas sütunlarından biridir. Bəzi regionlarda, məsələn Avropa ölkələrində, enerji keçidi sürətinin sosial və iqtisadi təsirləri ilə bağlı müzakirələr getməkdədir ki, bu da yaşıl strategiyaların çevik və balanslı olmasının vacibliyini göstərir. Asiya ölkələri də regional əməkdaşlıq və enerjinin yaşıl ticarəti üçün yeni platformalar yaradırlar.

Qlobal İqlim Fəaliyyəti Tərəfdaşlığı (GCAP) kimi beynəlxalq şəbəkələr 160-dan çox qurumu birləşdirərək aşağı karbonlu, iqlim-dayanıqlı iqtisadi artıma dəstək verir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzv ölkələr arasında yaşıl maliyyə siyasətlərinin standartlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi üçün forumlar təşkil edir.

Dünya Bankı, regional inkişaf bankları və BMT agentlikləri davamlı infrastruktur, bərpa olunan enerji və yaşıl innovasiyalara investisiya şəraitinin yaxşılaşdırılmasına yönəlmiş layihələr həyata keçirir.

Azərbaycan da yaşıl iqtisadiyyat və ESG (Ekoloji, Sosial və Korporativ idarəetmə) yanaşmasını milli səviyyədə inkişaf etdirmək üçün bir sıra addımlar atır. Bunlar həm dövlət siyasətində, həm özəl sektorda, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Azərbaycan Respublikasının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində 5-ci prioritet “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olaraq müəyyən edilib. Bu sənəd ölkədə yaşıl texnologiyalar, tullantıların təkrar emalı, çirklənmiş ərazilərin bərpası və ekoloji texnologiyaların tətbiqi üçün konkret vəzifələri əhatə edir.

Ölkədə enerji sektorunun yaşıl transformasiyası əhəmiyyətli addımlardan biridir: bərpa olunan enerji sahəsində rəqabətli auksiyonlar, investisorların cəlb edilməsi və yeni texnologiyaların tətbiqi təşviq edilir.

COP29 çərçivəsində Azərbaycan yaşıl iqtisadiyyata töhfə verəcək 5 razılaşma imzalayıb. Bunlara, məsələn, ölkədə elektrik avtobus istehsalının lokalizasiyası da daxildir ki, bu da ətraf mühitin qorunmasına və “yaşıl nəqliyyat” sektorunun inkişafına xidmət edir.

“Bakı İqlim Fəaliyyəti Həftəsi – 2025” tədbirləri çərçivəsində Azərbaycan yaşıl iqtisadiyyat üçün yeni bacarıqların inkişafı, işçilərin yenidən hazırlanması və sosial müdafiə tədbirlərinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirir. Bu, əmək bazarının “yaşıl” transformasiyaya hazır olması üçün vacibdir.

Azərbaycan Paris İqlim Sazişi çərçivəsində milli iqlim öhdəliklərini yerinə yetirməyi planlaşdırır (məsələn, 2030-a qədər azaldılmış qaz emissiyaları hədəfləri) və bu kontekstdə yaşıl maliyyə siyasəti formalaşdırılır. Mərkəzi Bank tərəfindən Davamlı Maliyyə Yol Xəritəsi (2023-2026) hazırlanıb və ESG meyarlarının maliyyə riskləri qiymətləndirməsinə daxil edilməsi kimi təşəbbüslər irəli sürülür.

Azərbaycanda qurulmuş təkrar emal prosesi “yaşıl iqtisadiyyat”ın inkişafına, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. `Ölkəmizdə təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə dövlət başçısının 2011-ci il 28 dekabr tarixli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb. Balaxanı Sənaye Parkının yaradılması ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl” iqtisadiyyatın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir. Təkrar emal biznesini qurmaq, innovativ texnologiyaları tətbiq edərək “yaşıl” istehsalla məşğul olmaq istəyənlər üçün Balaxanı Sənaye Parkı əlverişli məkandır. Sənaye Parkında 23 rezident qeydiyyatdan keçib və buradakı müəssisələrdə tullantılar təkrar emala cəlb olunub, “yaşıl” məhsul istehsalının artırılması istiqamətində fəaliyyət genişləndirilib.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində ESG standartları üzrə altqrup yaradılıb və bu sahədə Strateji Baxış və Yol Xəritələri hazırlanıb, milli kontekstdə ESG tətbiqi və təcrübə öyrənilməsi üçün tədbirlər görülür.

“Yaşıl iqtisadiyyata keçiddə ESG prinsiplərinin əhəmiyyəti” mövzusunda dövlət və özəl sektorun iştirakı ilə konfrans və müzakirələr təşkil edilir.

Azərbaycan hökuməti ESG siyasətinə əməl edən şirkətlərə güzəştlər verməyi planlaşdırır və bu prinsip iqtisadi strategiyaların bir hissəsi kimi vurğulanır.

Azərbaycan, ümumiyyətlə müxtəlif sahələrdə yaşıl iqtisadiyyat və ESG yanaşması üçün sistemli addımlar atır:

 Milli prioritet siyasətlər və strategiyalar

 ESG prinsiplərinin tətbiqi üçün institusional dəstək və təşviq tədbirləri

“Yaşıl” enerji və investisiya təşəbbüsləri

Yeni bacarıqlar və sosial tədbirlər

Beynəlxalq əməkdaşlıq və öhdəliklər


Fevral 2026


İnklüzivlik və bərabər imkanlar

– Gender bərabərliyi
– Əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası
– Yaşlı əhali üçün sosial gerontologiya
Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (SDG 5) – gender bərabərliyi və qadınların gücləndirilməsi — dünya üzrə qəbul edilmiş strateji çərçivədir. Bu Strateji Proqram məqsəd və hədəflər də daxil olmaqla 2030-a qədər qadın və kişilər arasında bərabər hüquqların, təhlükəsizliyin və fürsətlərin təmin olunmasını hədəfləyir.

Ətraflı

Global səviyyədə UN Women, UNDP, OECD və digər beynəlxalq qurumlar gender bərabərliyini qabağa çəkən strategiyalar və göstəricilər hazırlayır, həmçinin gender əsaslı diskriminasiyanı aradan qaldırmaq üçün siyasət tövsiyələri verirlər.

BMT, Dünya Bankı və digər beynəlxalq təşkilatlar inklüziv iş yerlərinin yaradılması, əlilliyi olan şəxslər üçün məşğulluq proqramları və işəgötürənlər üçün inklüziv tələblər üzərində çalışırlar.

Onların global strategiyaları arasında əlilliyi olan şəxslərin əmək bazarına daxil olmasını təmin edən tədbirlər, qadın və yaşlı əlillərə xüsusi dəstək də daxildir. (BMT/BƏT/DB daxil olmaqla) — bu stratejiyalar diskriminasiyanı minimuma endirmək və bərabər imkanlar yaratmaq üçün hazırlanır.

Yaşlı əhali üçün sosial gerontologiya sahəsiyaşlı insanların cəmiyyətdə rolu, rifahı, hüquqları, sosial münasibətləri və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlir.Bu səbəbdən sosial gerontologiya yalnız tibbi deyil, sosial və icma əsaslı yanaşma da tələb edir.

Dünya ölkələrində populyar olan yaşlı əhali üçün sosial innovasiyalar arasında smart texnologiyalarla evdə qayğı, sağlamlıq markerləri və yaşlılara dost şəhər proqramları var.

Sağlamlıq markerləri – insanın və ya cəmiyyətin sağlamlıq vəziyyətini ölçmək üçün istifadə olunan göstəricilərdir. Onlar riskləri erkən aşkar etməyə və düzgün qərarlar verməyə kömək edir.

Yaşlılara dost şəhər proqramları (Age-friendly Cities) – şəhərlərin yaşlı insanlar üçün təhlükəsiz, əlçatan və aktiv yaşamağa uyğun şəkildə planlaşdırılmasıdır.

Azərbaycanda inklüzivlik və bərabər imkanlar

Gender bərabərliyi üzrə addımlar

Azərbaycanın Konstitusiyası və milli qanunvericilik sistemi kişilər və qadınlar üçün bərabər hüquq və imkanları təmin etməyi nəzərdə tutur; bu çərçivədə həm  “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya” kimi beynəlxalq müqavilələr ratifikasiya olunub, həm də əmək, ailə və cinayət qanunları əsasında gender əsaslı ayrı-seçkiliyin qarşısı alınır.

2019-cu ildə ölkə üzrə Əmək Strategiyası (2019–2030) qəbul edilib ki, bu da inklüziv məşğulluq və gender bərabərliyi üçün əhatəli çərçivə yaradır və qadınların əmək bazarında iştirakını artırmağı hədəfləyir. Son illərdə qadınların məşğulluğunu artırmaq və iş yerlərində bərabərliyi təşviq etmək üçün müxtəlif struktur islahatlar aparılır.

Əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası

Azərbaycan 2008-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın qəbul edilməsi barədə” Qanun qəbul edib. Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluğu və inklüziv əmək bazarı üçün dövlət, BMT və özəl sektor əməkdaşlığı, inklüziv karyera forumları, təhsil, təlimlər və işə qəbul prosesində yeni yanaşmalar istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

Bəzi beynəlxalq layihələr çərçivəsində inklüziv təhsil mərkəzləri yaradılıb ki, bu da əlilliyi olan şəxslərin peşə bacarıqlarını artıraraq əmək bazarına hazırlaşmasına yardım edir. QHT layihələri çərçivəsində əlilliyi olan şəxslər üçün rəqəmsal və sosial media bacarıqları üzrə təlimlər təşkil olunur ki, bu da onlara onlayn məşğulluq imkanlarına çıxışı artırır.

Dövlət DOST Agentliyi çərçivəsində “İnklüziv Karyera Forumu” kimi təşəbbüslərlə əlilliyi olan şəxslər üçün iş və təlim imkanları artırılır. “İnklüzivlik Hakatonu” kimi innovasiya tədbirləri əlilliyi olan insanların qarşılaşdığı problemlərə texnoloji həllər tapılmasına zəmin yaradır. “İnklüzivlik ayı” layihəsi və sənət, rəqs və digər ictimai tədbirlər bu qrupun sosial inteqrasiyasını gücləndirir.

Yaşlı əhali üçün sosial gerontologiya

Azərbaycan reallığında yaşlı əhali üçün sosial gerontologiya sahəsində bir sıra konkret addımlar atılıb və dəstək mexanizmləri qurulur. Bu addımlar həm dövlət siyasətinin tərkib hissəsi kimi, həm də dövlət–BMT, QHT əməkdaşlığı çərçivəsində həyata keçirilir. 2023–2026-cı illər üçün “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Dövlət Proqramı” qəbul olunub. Bu proqram yaşlıların da daxil olduğu bütün həssas qruplar üçün sosial xidmətlərin əhatəsinin genişləndirilməsini, ixtisaslı kadr hazırlığını və xidmət keyfiyyətinin artırılmasını hədəfləyir. Bütün yaşlı vətəndaşlar sosial müdafiə sisteminə daxil edilib: pensiya, müavinət və digər sosial təminat vasitəsilə dövlət tərəfindən qorunur, pensiya ödənişləri xeyli artırılıb. “Sosial xidmət haqqında” qanuna əsasən, 70 yaşdan yuxarı şəxslər üçün sosial xidmətlər hüquqi bazada təsbit edilib.

“Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma” adlı layihə dövlət qurumları ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Bu layihə yaşlıların rifahının yaxşılaşdırılması, sosial iştirakının artırılması və aktiv yaşlanmanın təbliği məqsədini daşıyır. Layihə çərçivəsində yaşlılara rəqəmsal texnologiyalardan istifadə və elektron xidmətlərə çıxış bacarıqlarının artırılması üzrə proqramlar da icra olunub (ASAN Könüllüləri layihəsi).

Evdə (mobil) sosial xidmətlər sistemi fəaliyyət göstərir — tənha yaşlılara, əlilliyi olanlara və dəstəksiz ailələrə evdə sosial, məsləhət və hüquqi yardımlar göstərilir. Sosial xidmət müəssisələrində yaşlılar üçün şərait yaxşılaşdırılır, əlavə binalar tikilərək tutum artırılıb və daha müasir xidmətlər təqdim olunur.

Fevral 2026


Bərpa olunan enerji və enerji səmərəliliyi

Bərpa olunan enerji mənbələri – günəş, külək, su (hidro), geotermal, dalğa və biokütlə kimi təbiətdə daimi baş verən proseslərdən alınan, ekoloji cəhətdən təmiz və tükənməz enerji növləridir. Ənənəvi yanacaqları (neft, qaz, kömür) əvəz edərək, karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyi ilə mübarizə üçün əsas strateji resurslardır.
Dünya miqyasında bərpa olunan enerji və enerji səmərəliliyi üzrə trend mühüm sosial-iqtisadi prioritetə çevrilib: iqlim dəyişikliyi ilə mübarizə, enerji təhlükəsizliyi və texnoloji inkişaf məqsədləri dövlətləri günəş və külək enerjisi, enerji saxlama və ağıllı şəbəkələr kimi sahələrə böyük sərmayələr və siyasət dəstəyi verməyə sövq edir.Bərpa olunan enerji ən sürətlə böyüyən enerji mənbəyidir — xüsusilə günəş və külək enerjisi qlobal enerji istehsalının əsas komponentlərinə çevrilir və artmaqdadır. 2030-cu ilə qədər yenilənə bilən enerji gücləri təxminən 2,7 dəfə artacağı proqnozlaşdırılır.

Ətraflı

Yenilənə bilən enerji böyük şəbəkə planlaşdırması, enerji saxlama sistemləri və ağıllı şəbəkə texnologiyaları ilə birlikdə tətbiq olunur ki, bu da enerji sabitliyini artırır və dəyişkən istehsalı tarazlaşdırır.

Günəş və külək enerjisi

2024–2025-ci illərdə qlobal günəş və külək enerjisi quraşdırma gücü rekord səviyyədə artıb — xüsusilə günəş enerjisi layihələri sürətlə genişlənir və yeni güc sistemləri quraşdırılır ki, bu da enerji sistemlərinin çevrilməsinə təkan verir. Bu artım sayəsində günəş və külək enerjisi elektrik tələbatından daha sürətli böyüyür.

Son illərdə qlobal miqyasda bərpa olunan enerji (günəş və külək daxil) istehsalı artıb və 2023-cü ildə ümumi elektrik istehsalındakı payı yüksəlibdir. Xüsusilə günəş enerjisi istehsalı 25%-dən çox artıb, bu, 2018-ci ildən bu yana ən yüksək artımdır.

Günəş və külək enerjisi fosil yanacaqlardan asılılığı azaldır və enerji təhlükəsizliyini gücləndirir, xüsusən də idxal enerji mənbələrindən asılı ölkələr üçün böyük fayda yaradır.

Çin dünyada ən böyük günəş paneli və külək turbin istehsalçısı və quraşdırıcısıdır. Çin qlobal günəş və külək sahələrində böyük layihələr həyata keçirir və renovasiya gücünü sürətlə artırır. Bu ölkə həm daxili bazarda, həm də ixrac üçün günəş paneli hasilatında liderlik edir və bu texnologiyaların qlobal maliyyətini azaldır.

Hindistan, Səudiyyə Ərəbistanı, Afrika, ABŞ və Avropa İttifaqı ölkələri də kütləvi günəş və külək quraşdırmaları, yeni layihələr və siyasətlər üzərində işləyir, lakin artım tempi regiondan asılı olaraq dəyişir. Bir çox ölkə 2030-cu ilə qədər yenilənə bilən enerji gücünü çoxaltmaq üçün qlobal hədəflər çərçivəsində milli siyasətlər hazırlayır.

Afrika ölkələri (məs. Nigeriya, Cənubi Afrika, Zambiya və s.) günəş enerjisinə sürətli keçid edərək bazar böyüməsində dünyada 2025-ci ildə ən yüksək tempə nail olublar. Bu artım aşağı panel və batareya xərcləri ilə də dəstəklənir.

Hindistanın Gujarat əyaləti 2025-ci ildə rekord səviyyədə 8,5 GW yenilənə bilən enerji gücü əlavə edib (əsasən günəş və külək).

Səudiyyə Ərəbistanı neft-məmulatlı iqtisadiyyatdan diversifikasiya planı çərçivəsində 100 GW-a yaxın günəş gücü hədəfləyərək enerji sektorunu təmiz enerji ilə genişləndirir.

Enerji saxlama texnologiyaları

Dünyada enerji saxlama texnologiyaları (ESS – Energy Storage Systems) sahəsində atılan addımlar əsasən grid səviyyəli batereyalardan tutmuş yeni texnologiyalar, siyasət təşviqləri və böyük layihələrə qədər geniş spektri əhatə edir. Bu texnologiyalar külək və günəş kimi dəyişkən enerji mənbələrinin stabil şəkildə istifadə olunmasını təmin etmək üçün çox vacibdir.

Elektrik şəbəkələrinin bərpa olunan enerjidən səmərəli istifadə etməsi üçün batareya və enerji saxlama sistemləri kritik komponentə çevrilir. Avropa operatorları artıq yeni bağlantı icazələrində saxlama sistemlərini tələb edir və bu yanaşma Azərbaycanda da tətbiq olunmağa başlayıb.

Dünyanın bir çox ölkəsində böyük enerji saxlama layihələri – o cümlədən Avstraliya, ABŞ və Çin kimi ölkələrdə həm kommersiya, həm də grid-səviyyəli ESS layihələri reallaşdırılır.

Bu artım külək və günəş enerjisinin şəbəkəyə daha sabit daxil olmasını, pik saatlarda enerji təchizatını və tələb-təklif balansını yaxşılaşdırır.

Enerji saxlama sistemləri gələcək enerji sistemlərinin əsas sütunlarından biri hesab olunur, çünki bunlar günəş və küləyin dəyişkən enerjisini sabit, tələb olunan vaxtda istifadəyə çevirərək şəbəkə sabitliyini təmin edir. Gələcəkdə bu sahədə həm qlobal, həm də yerli səviyyədə innovasiya və sərmayə artımı gözlənilir.

Çin, ABŞ və Avropa kimi regionlarda böyük miqyaslı batareya saxlama layihələri qurulur — bunlar külək və günəş enerjisinin şəbəkəyə daha səmərəli inteqrasiyasını təmin edir.

Ağıllı şəbəkələr və enerji səmərəliliyi

Dünyada ağıllı şəbəkələr (smart grids) və enerji səmərəliliyi sahəsində atılan addımlar qlobal enerji sistemlərinin rəqəmsallaşdırılması, yenilənə bilən enerjinin inteqrasiyası və səmərəli enerji istifadəsinə əsaslanan çoxşaxəli strategiyalarla irəliləyir. Bunlar enerjinin qənaətli, çevik və dayanıqlı idarə olunmasını təmin etməklə ölkələrin enerji sistemlərini müasir tələblərə uyğunlaşdırır.Ağıllı şəbəkələr texnologiyaları real vaxt enerji idarəetməsi, ağıllı sayğaclar və avtomatlaşdırılmış paylama vasitəsilə enerji zərərini azaldır və sistem sabitliyini artırır. Bu texnologiyalar bərpa olunan mənbələrlə daha çevik inteqrasiyaya imkan verir.

Ağıllı şəbəkələr yalnız enerjinin mərkəzləşdirilmiş paylanması ilə kifayətlənmir, həm də paylanmış enerji mənbələri (günəş panelləri, EV batareyaları və mikro-şəbəkələr) arasında iki tərəfli əlaqəni təmin edir. Bu, enerjinin səmərəli paylanmasını artırır və istifadəçiləri enerji qənaətində daha fəal edir.

Bəzi ölkələr şəbəkə modernizasiyası üçün süni intellekt (AI) və qabaqcıl analitik alətlərdən istifadə edərək enerji tələbatını daha dəqiq proqnozlaşdırır, pik yükləri idarə edir və enerji alma prosesini optimallaşdırır. AI və sensorlar vasitəsi ilə şəbəkədə mümkün texniki nasazlıqlar əvvəlcədən müəyyən edilir, bu isə qəza hallarını azaldaraq təmir xərclərini və enerji itkilərini minimuma endirir.

Bərpa olunan enerji mənbələrinin geniş tətbiqi Azərbaycanda həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.

Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında 29 may 2019-cu il tarixli, 1209 nömrəli Sərəncam enerji bazarında liberallaşma, rəqabətin artırılması və yaşıl enerjiyə keçidin hüquqi əsasını formalaşdırıb. Qəbul edilmiş “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” 31 may 2021-ci il tarixli, 339-VIQ nömrəli Qanun bu sahədə hüquqi, iqtisadi və təşkilati əsasları, həmçinin yaşıl enerjinin təşviq edilməsi üçün dəstək mexanizmlərini tənzimləyən mühüm normativ baza kimi çıxış edir. Bununla yanaşı, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində yaşıl enerjiyə keçid, enerji səmərəliliyinin artırılması və aşağı karbonlu iqtisadiyyatın qurulması milli inkişafın əsas hədəflərindən biri kimi müəyyənləşdirilib.

Yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. İqtisadi potensial 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 QVt, günəş enerjisi üzrə 23 QVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Bərpa olunan enerji mənbələri üzrə ölkəmizdə ümumi gücü 1829,6 MVt olan elektrik stansiyaları fəaliyyət göstərir. Onlara 1443,5 MVt gücündə 65 su elektrik stansiyası, 63,5 MVt gücündə 5 külək elektrik stansiyası, 278,2 MVt gücündə 9 günəş elektrik stansiyası, 37 MVt gücündə BİO elektrik stansiyası və 7,3 MVt gücündə 3 hibrid elektrik stansiyası daxildir. Bərpa olunan enerji mənbələri ümumi enerji gücünün təxminən 18,8%-ni təşkil edir.

Layihələr

2027-ci ilədək ümumi gücü 2 qiqavatdan çox olan yaşıl enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur. Bu layihələr arasında yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən külək və günəş stansiyaları xüsusi əhəmiyyət daşıyır:

“Qaradağ” Günəş Elektrik Stansiyası

230 MVt gücündə “Qaradağ” GES 2023-cü ilin 26 oktyabr tarixində BƏƏ-nin “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində pilot layhə kimi istismara verilib. 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilmiş stansiyada hər il təqribi 500 milyon kVt·st elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət edilir. 200 min ton həcmində karbon emissiyasının atmosferə atılmasının qarşısı alınır.

“Xızı-Abşeron” Külək Elektrik Stansiyası

240 MVt gücündə “Xızı-Abşeron” KES Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində pilot layhə kimi inşa edilir. Stansiyada illik 1 milyard kVt·st elektrik enerjisi istehsal olunacaq, bu isə ildə 220 milyon kub metr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa imkan verəcəkdir.

“Şəfəq” Günəş Elektrik Stansiyası

240 MVt gücündə “Şəfəq” GES layihəsi Cəbrayıl rayonunda bp şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. “Virtual enerji ötürülməsi” modelinin tətbiqi ilə stansiyada istehsal edilən elektrik enerjisi Cəbrayılda “Azərenerji” ASC-yə, “Azərenerji” ASC tərəfindən isə ekvivalent miqdarda elektrik enerjisi Bakıda Səngəçal terminalına ötürüləcəkdir. Bununla da Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradılacaqdır.

“Şəfəq” GES-də illik təxminən 500 milyon kVt·st elektrik enerjisi istehsalı gözlənilir ki, bu da ildə 120-150 milyon m3 təbii qaza qənaət, 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir.

“Meqa” layihə

Masdar şirkəti tərəfindən icra olunan “Meqa” layihə çərçivəsində 445 MVt gücündə GES Biləsuvar rayonunda, 315 MVt gücündə GES Neftçala rayonunda, 240 MVt gücündə KES Abşeron və Qaradağ rayonlarında tikilir. 2025-ci ilin 2 oktyabr tarixində “Biləsuvar” GES-də ilk günəş paneli quraşdırılıb.

“Qobustan” Günəş Elektrik Stansiyası

100 MVt gücündə “Qobustan” GES layihəsi 2024-cü ildə təşkil edilmiş hərracda qalib gələn Çinin “Universal International Holdings Limited” şirkəti tərəfindən reallaşdırılır. Stansiyada hər il təxminən 260 milyon kVt·st elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon mhəcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcəkdir.

“Üfüq” və “Şəms” günəş elektrik stansiyaları

2 iyun 2025-ci il tarixində Bakı Enerji Həftəsində azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi məqsədilə həyata keçirilən təşəbbüslər çərçivəsində, “Nobel Energy” şirkəti tərəfindən Cəbrayıl rayonunda tikilməsi planlaşdırılan hər birinin gücü 50 MVt olacaq “Üfüq” və “Şəms” günəş elektrik stansiyası üzrə İcra müqavilələri imzalanıb.

Üzən günəş panelləri layihəsi

2024-cü ilin 29 iyul tarixində Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt gücə malik fotovoltaik sistemin açılış mərasimi keçirilib. Eksperimental qurğu ölkədə su hövzəsi üzərində istismara verilən ilk günəş elektrik stansiyasıdır.

Pilot layihə çərçivəsində günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Gələcəkdə su hövzələri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır.

Hidrogen

Azərbaycanda yaşıl və mavi hidrogen növlərinin istehsal imkanları, onların daxili bazarda istifadəsinin, eləcə də ixracının texniki imkanları və iqtisadi səmərəliliyinin qiymətləndirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə beynəlxalq məsləhətçi şirkət tərəfindən “Aşağı karbonlu hidrogen iqtisadiyyatı bazar araşdırması”na dair ölkə hesabatı hazırlanıb.

Bazar araşdırmasının nəticələrində yaşıl hidrogen istehsalının iqtisadi cəhətdən səmərəli olması, eləcə də regional enerji bazarlarına ixrac edilməsi və daxili istehlakda tətbiq sahələri təklif olunub. Hesabatda gələcək addımlar, daxili bazarda yaşıl hidrogenin istehlak edilə biləcəyi sahələr, hidrogen enerjisinin dəyəri (LCOH), ixrac marşrutları və digər məsələlər barədə məlumat verilib.

Aşağı karbonlu hidrogenin istehsalı sahəsində vahid yanaşmanı əks etdirən “Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi” hazırlanıb və COP29 konfransı çərçivəsində təqdimatı baş tutub. Hazırda sənədin tətbiqi planının hazırlanması hazırlanması üzərində iş gedir.

Yaşıl enerji zonaları

3 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İşğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb. Yaponiyanın “TEPSCO” şirkəti ilə müqavilə imzalanmaqla “Yaşıl Enerji Zonası”nın yaradılması üzrə Konsepsiya sənədi hazırlanıb. Hazırda bu ərazilərdə Konsepsiyanın prinsipləri tətbiq edilməkdədir.

İşğaldan azad edilmiş ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5 MVt-dan çox olan günəş panelləri quraşdırılıb və proses məskunlaşma planlarına uyğun davam etdirilir. Bu ərazilərdə 307 MVt gücündə 38 su elektrik stansiyası istismar olunur.  “Şəfəq” GES, “Üfüq” GES və “Şəms” GES layihələri Cəbrayıl rayonunda həyata keçirilir.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində “Yaşıl Enerji Zonası”nın yaradılması üzrə Konsepsiya və Tədbirlər Planı hazırlanıb. Hazırda razılaşdırma məhələsindədir. “Nobel Energy”, “TotalEnergies” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 1000 MVt-dan çox olan yaşıl enerji layihələri ilə əlaqədar müqavilələr imzalanıb.

Yaşıl enerji dəhlizləri

“Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi

2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Dörd ölkənin ötürmə sistem operatorlarının iştirakı ilə layihənin idarə edilməsini həyata keçirəcək “Green Energy Corridor Power Company” (“GECO Power Company”) təsis edilib. Layihənin texniki-iqtisadi araşdırması İtaliyanın “CESI” konsaltinq şirkəti tərəfindən həyata keçirilir.

“Mərkəzi Asiya-Azərbaycan” Yaşıl Enerji Dəhlizi

2024-cü ilin 13 noyabrında “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” dövlət başçıları tərəfindən COP29 çərçivəsində imzalanıb. Sazişin həyata keçirilməsi məqsədilə eyni ilin 27 dekabr tarixində Bakı şəhərində “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistan Milli Elektrik Şəbəkəsi” SC tərəfindən “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssi təsis edilib. Üç ölkənin energetika nazirlikləri ilə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında layihə üzrə Anlaşma Memorandumu imzalanıb.

“Azərbaycan-Türkiyə-Avropa” Yaşıl Enerji Dəhlizi

“Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Azərbaycan və Türkiyə enerji infrastrukturlarının inteqrasiyası və Naxçıvan vasitəsilə elektrik ixracının həyata keçrilməsi istiqamətində işlər davam etdirilir. Yaradılacaq dəhliz Naxçıvandan 1 QVt bərpa olunan enerjinin ixracı ilə yanaşı Xəzərdən və Mərkəzi Asiyadan da elektrik enerjisinin Türkiyə və Avropaya ötürülməsi perspektivinə malikdir.

Bu çərçivədə “Cəbrayıl” enerji qovşağının yaradılması məqsədilə 330/110/10 kilovoltluq 2×250 MVA gücündə “Cəbrayıl” yarımstansiyası istifadəyə verilib. Zəngəzur dəhlizi ilə Ermənistan və ya İrandan keçməklə Cəbrayıl enerji qovşağı ilə Naxçıvanı birləşdirən 330 kV-luq elektrik verilişi xəttinin çəkilməsi və Naxçıvanda 330 kV-luq yarımstansiyanın tikilməsi nəzərdə tutulur.

“Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” Yaşıl Enerji Dəhlizi

4 aprel 2025-ci il tarixində “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

İqlim hədəfləri və COP29

Ölkəmizdə emissiyaların 2050-ci ilə qədər 40%-dək azaldılması üzrə könüllü öhdəlik qəbul edilib. Bu öhdəliyi yerinə yetirmək üçün 2030-cu ilə qədər ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücünün ən az 30%-ə çatdırılması hədəflənir.

COP28 Konfransında 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması üzrə “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd” birgə təşəbbüsünə Azərbaycan da qoşulub.

COP29 çərçivəsidə Azərbaycan tərəfindən üç mühüm enerji təşəbbüsü – COP29 Qlobal Enerji Saxlama və Şəbəkələr Vədi, COP29 Yaşıl Enerji Vədi: Yaşıl Enerji Zonaları və Dəhlizləri və COP29 Hidrogen Bəyannaməsi təqdim edilib.

COP29 qlobal enerji saxlama və şəbəkələr vədi 2030-cu ilə qədər qlobal enerji saxlama sistemlərinin 1 500 QVt gücünə çatdırılmasını və 25 milyon kilometr, 2040-cı ilə qədər isə əlavə 65 milyon kilometr elektrik şəbəkəsinin qurulması və ya təmiri öhdəliyini daşıyır. COP29 yaşıl enerji zonaları və dəhlizləri vədi çərçivəsində qitələrarası və regionlararası yaşıl enerji zonalarının yaradılması nəzərdə tutulur. Hidrogen haqqında COP29 bəyannaməsi isə təmiz hidrogen istehsalının artırılması, mövcud hidrogen istehsalında karbon tullantılarının sıfıra endirilməsi istiqamətində qlobal səyləri gücləndirməyə çağırır.

Fevral 2026


Kibertəhlükəsizlik və məlumatların qorunması

Süni intellekt (AI) tətbiqlərinin sürətli artması ilə AI-ə əsaslanan hücumlar getdikcə daha mürəkkəb və avtomatlaşdırılmış hala gəlir. Bu, xüsusilə generativ AI vasitəsilə məlumat sızmaları və hədəflənmiş hücumların artması ilə müşayiət olunur. Şirkətlər və dövlətlər indi kibertəhlükəsizliyi strateji prioritet kimi, yalnız texniki deyil, həm də siyasət, insan kapitalı və beynəlxalq əməkdaşlıq baxımından qəbul edirlər.

Ətraflı

Hazırda dünya ölkələrinin çoxu şəxsi məlumatların qorunması ilə bağlı qanunları qəbul edib və ya yeniləyir ki, bu da, rəqəmsal etibar və iqtisadi inkişaf üçün əsas hesab olunur.

Avropa İttifaqı – Ümumi Məlumatların Qorunması Reqlamenti (GDPR)

  • GDPR 2018-ci ildən qüvvədədir və Avropa Birliyi daxilində şəxsi məlumatların işlənməsi və qorunmasına dair ən güclü hüquqi çərçivədir.
  • Şirkətlərə istifadəçilərin razılığı, məlumat subyektinin hüquqları (məlumatlara giriş, düzəliş, silinmə) və sərt cərimələr tətbiq olunur.
  • Məsələn, TikTok şirkəti 2025-ci ildə GDPR tələbini pozduğu üçün 530 milyon avro cərimə olunub (Avropa istifadəçi məlumatlarının Çinə ötürülməsi ilə bağlı).

Çin – Şəxsi Məlumatların Qorunması Qanunu və Kibertəhlükəsizlik Qanunu

  • Şəxsi Məlumatların Qorunması Qanunu – Çində şəxsi məlumatların qorunması üçün hazırlanmış əsas qanundur. Bu qanunla şirkətlərin şəxsi məlumatı necə işləməsi və ötürməsi tənzimlənir (GDPR-a bənzər yanaşma ilə).
  • Kibertəhlükəsizlik Qanunu – kibertəhlükəsizliyin təmin olunması, məlumat lokallaşdırılması və milli təhlükəsizlik maraqları baxımından məlumatların qorunması tələblərini özündə birləşdirir.

Kanada –Şəxsi Məlumatların Qorunması və Elektron Sənədlər Aktı ( PIPEDA)

Şəxsi Məlumatların Qorunması və Elektron Sənədlər Aktı – Kanada şirkətləri üçün şəxsi məlumatların toplanması və istifadəsi ilə bağlı milli standartları müəyyən edir.

ABŞ – Sıfır Etibara Əsaslanan Təhlükəsizlik Modeli (Zero Trust Security)

Sıfır Etibara Əsaslanan Təhlükəsizlik Modeli (ZTS)istənilən istifadəçi və ya cihazın hər girişdə yoxlanıldığı, riskəsaslı və davamlı təhlükəsizlik yanaşmasıdır.

ABŞ-da Federal “Sıfır Etibara Əsaslanan  Strategiya” (2022–2026) qəbul edilib. ABŞ strategiyası ZTS-i 5 əsas sahə üzrə məcburi edir:

  1. İdentifikasiya və giriş

Əsas prinsip: Kimlik yeni perimetrdir.

2. Cihazın etibarlılığı

Əsas prinsip: İstifadəçi düzgün olsa belə, cihaz təhlükəsiz deyilsə giriş yoxdur.

       3. Şəbəkə (Network)

Əsas prinsip: Mikro-seqmentasiya

4.Tətbiqlər ( Application)

Əsas prinsip: Tətbiq də “özünü sübut etməlidir”.

5. Məlumatın qorunması

Əsas prinsip: Məlumat haradadırsa, qorunma da oradadır.

Estoniya modeli: ZTS + Rəqəmsal identifikasiya

Estoniya dünyada ZTS prinsiplərini dövlət miqyasında sistemli tətbiq edən ilk ölkələrdən biridir. Burada ZTS ayrıca “təhlükəsizlik layihəsi” yox, dövlət idarəçiliyinin təməl prinsipidir:

  • Dövlət sistemlərində ZTS + rəqəmsal identifikasiya birgə tətbiq olunur.

ZTS-in işləməsi üçün Estoniyada vahid, güclü rəqəmsal identifikasiya var: Estoniya e-ID, Fiziki ID kart, Mobile-ID, Smart-ID.

  • Heç bir dövlət qurumu digərinə avtomatik etibar etmir.

Hər müraciət kim soruşur?, hansı əsasla?, hansı məlumat üçün?, hansı səlahiyyətlə?, hansı vaxtda? suallarına cavab verməlidir.

  • X-Road platformasında bütün sorğular audit olunur.

X-Road – Estoniyanın dövlət sistemlərini birləşdirən məlumat mübadiləsi platformasıdır. Amma bu, mərkəzi verilənlər bazası və “hamı hamının məlumatını görür” sistemi deyil. Əksinə, hər qurum öz məlumatına sahib qalır və dligər qurum yalnız icazə verilmiş sorğunu göndərə bilər. Hər sorğuda şəxsiyyətin təsdiqlənməsi icra olunur, imzalanır və şifrələnir.

Böyük Britaniya – ZTS yanaşması

Böyük Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik üzrə əsas milli orqandır və hökumətə, banklara, enerji sektoruna birbaşa texniki rəhbərlik edir.

Bank sektorunda Güclü Müştəri Doğrulaması ( Strong Customer Authentication) və Açıq Bankçılıq (Open Banking) təhlükəsizlik standartları tətbiq olunur. Dövlət sektorunda isə kibertəhlükəsizlik insidentlərinin operativ aşkarlanması və cavablandırılması üçün mərkəzləşdirilmiş Təhlükəsizlik Əməliyyatları Mərkəzi fəaliyyət göstərir.

Azərbaycanda kibertəhlükəsizlik və məlumatların qorunması üzrə atılan addımlar

 1. Milli strategiya və hüquqi baza

Azərbaycan Respublikasının “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” qəbul edilib. Bu sənəd ölkədə kibermühitin risklərdən qorunması üçün hüquqi, təşkilati və texnoloji tədbirləri müəyyənləşdirir və məlumatların qorunmasını da əhatə edir.

Strategiyanı həyata keçirmək üçün konkret tədbirlər planı hazırlanıb. Bu plan 9 prioritet istiqaməti əhatə edir:

  1. Təhdidlərin müəyyənləşdirilməsi və risklərin idarə edilməsi,
  2. İnformasiya ilə əlaqədar hadisələrin aşkarlanması tədbirləri,
  3. İnformasiya məkanının təhlükəsizliyi,
  4. Kritik informasiya infrastrukturunun qorunması,
  5. Kibercinayətkarlığa qarşı mübarizə,
  6. Potensialın gücləndirilməsi və institusional infrastrukturun inkişafı,
  7. Normativ bazanın təkmilləşdirilməsi,
  8. Təhlükəsizlik mədəniyyətinin formalaşdırılması,
  9. Ölkədaxili və beynəlxalq əməkdaşlıq.

Bu tədbirlər planı vasitəsilə strategiya həyata keçirilir və davamlı inkişaf təmin edilir.

 2. Texniki və əməli müdafiə tədbirləri

Dövlət şəbəkələrində milyonlarla zərərli əlaqə bloklanıb və mərkəzi antivirus sistemləri istifadə olunur. Son illərdə dövlət resurslarına qarşı hücumların artması ilə əlaqədar olaraq Bug Bounty proqramı kimi açıqlıq və peşəkar cəmiyyət əməkdaşlığına əsaslanan təşəbbüslər həyata keçirilir.

Universitetlərdə və digər təhsil müəssisələrində kibertəhlükəsizlik üzrə təlimlər keçirilir ki, bu da informasiya təhlükəsizliyi biliklərinin yayılmasına xidmət edir.

Dövlət və özəl sektor arasında əməkdaşlıq artırılır. Eyni zamanda, fərdi məlumatların işlənməsi və qorunması üzrə beynəlxalq standartlara əsaslanan milli standartlar hazırlanır. Bundan əlavə, dövlət və özəl sektor arasında kibertəhlükəsizlik tədbirləri artırılmaqda, milli strategiyalar və rəqəmsal təhlükəsizlik infrastrukturu təkmilləşdirilməkdədir.

 3. Fərdi və təşkilati səviyyədə tədbirlər

Azərbaycanda ASAN Login SİMA imza vahid rəqəmsal identifikasiya mexanizmləri kimi formalaşıb və həm dövlət xidmətlərində, həm də bank sektorunda istifadə olunur. Bu sistemlər vətəndaşın kimliyinin təhlükəsiz təsdiqini, elektron imza ilə hüquqi qüvvəyə malik əməliyyatların aparılmasını və onlayn xidmətlərə etibarlı çıxışı təmin edir.

Mərkəzi Bank bank sektoru üçün informasiya təhlükəsizliyi tələblərini müəyyən edir və bu tələblər banklarda risklərin idarə olunması, məlumatların qorunması, girişə nəzarət və insidentlərin idarə edilməsi mexanizmlərini əhatə edir. Bu yanaşma maliyyə sisteminin dayanıqlığını və müştəri məlumatlarının təhlükəsizliyini təmin etməyə xidmət edir.

Dövlət sektorunda isə mərkəzləşdirilmiş təhlükəsizlik monitorinqi tətbiq olunur. Bu, dövlət informasiya sistemlərində baş verən kibertəhdidlərin vahid mərkəzdən izlənməsinə və operativ cavablandırılmasına imkan yaradır. Paralel olaraq G-Cloud infrastrukturu və milli data mərkəzləri dövlət məlumatlarının təhlükəsiz, etibarlı və davamlı mühitdə saxlanmasını təmin edir.

 Milli Kibertəhlükəsizlik Mərkəzi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında Qərarına əsasən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsində səlahiyyətli orqandır. Dövlət orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, dövlətə məxsus olan hüquqi şəxslərin, iri sahibkarlıq subyektlərinin kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmin edilməsinə nəzarəti Milli kibermərkəz qismində DTX-nin Kibertəhlükəsizlik əməliyyatları mərkəzi həyata keçirir.

 Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İsrailin texnologiya üzrə nüfuzlu ali təhsil müəssisəsi – “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib.

“PASHA Holding” Şirkətlər Qrupunun dəstəyi ilə ölkənin kibertəhlükəsizlik imkanlarını gücləndirmək məqsədilə yaradılan mərkəz bu sahədə yüksəkixtisaslı mütəxəssis və təlimçilərin yetişdirilməsində əsas mərkəz rolunu oynayacaq. 2023-cü il 28 mart tarixində fəaliyyətə başlayan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 3 il ərzində 1000-dən çox şəxsə təlim verilməsi nəzərdə tutulub. Eyni zamanda mərkəzdə 15 təlimçinin yetişdirilməsi sayəsində gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması geniş vüsət alacaq.

Kibertəhlükəsizlik sahəsində regionda lider ölkələrdən hesab edilən İsrailin peşəkar müəllim heyəti Azərbaycana gələrək təlim iştirakçılarını ən son kibertəhlükəsizlik təhdidlərini, tendensiyaları və ən yaxşı təcrübələri əhatə edən bilik və bacarıqlarla təmin edəcəklər.

Mərkəzdə ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş sinif otaqları, təlim otaqları, simulyasiya otaqları və laboratoriyalar yaradılıb. Tələbələr həmin laboratoriyalarda tədqiqat apara, müxtəlif kibertəhlükəsizlik məhsulları yarada biləcəklər.

İnkişaf mərhələsində əsas prioritetlər:

  • Biometrik identifikasiya (üz tanıma, canlılıq yoxlaması və s.) vasitəsilə identifikasiya prosesinin daha da gücləndirilməsi;
  • Sektorlararası ZTS inteqrasiyası yolu ilə banklar, dövlət qurumları və digər kritik sektorlar arasında məlumat mübadiləsinin avtomatik etibara yox, hər sorğu üzrə identifikasiya, səlahiyyət və kontekst yoxlamasına əsaslanması nəzərdə tutulur.12

Fevral 2026


Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını ratifikasiya edən ilk ölkədir

Bu gün Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatının “Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təqdim edilmiş Qanun layihəsini qəbul edib.

Ətraflı

Qeyd edək ki, dünya birliyinin çoxillik gərgin əməyinin nəticəsi olaraq BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiya”sının yekun layihəsinin hazırlanması prosesində Azərbaycan xüsusilə fəal iştirak edib.

Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər dövlət qurumlarının nümayəndələrinin də daxil olduğu nümayəndə heyəti çoxtərəfli danışıqlarda konstruktiv və prinsipial mövqe nümayiş etdirərək sənədin mətninin formalaşdırılmasına substantiv töhfə verib.

“Kibercinayətkarlığa qarşı” Konvensiya 24 dekabr 2024-cü il tarixində BMT Baş Assambleyasında qəbul olunub.

XXl əsrin Konvensiyası hesab edilən – “Kibercinayətkarlığa qarşı” BMT Konvensiyası kibercinayətkarlıqla mübarizə üzrə qlobal səviyyədə vahid, hüquqi cəhətdən məcburedici beynəlxalq çərçivə formalaşdıran ilk sənəddir.

Konvensiya 2025-ci ilin oktyabr ayında Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən rəsmi imzalanma mərasimində ümumilikdə 74 dövlət tərəfindən imzalanıb (Böyük Britaniya, Fransa, Çin, Avstraliya, Belçika, Türkiyə, Polşa, Rusiya, İspaniya, BƏƏ, İsveç və s). Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Konvensiyanı Azərbaycan adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi imzalayıb.

Konvensiya milli parlamentlər tərəfindən təsdiqlənməli və ölkələr bu beynəlxalq hüquqi çərçivəyə qoşulmaq üçün daxili hüquqi prosedurlarını tamamlamalıdırlar. Hazırda Azərbaycan Respublikası bu prosesi tamamlamaqda olan ilk ölkə kimi çıxış edir.

Konvensiyanın ratifikasiyası təhlükəsizlik və hüquq-mühafizə orqanlarının fəaliyyətini gücləndirəcək. Sənəd elektron sübutlarla beynəlxalq hüquqi prosedurları tənzimləyir, transmilli istintaqların effektivliyini artırır. Təxirəsalınmaz beynəlxalq əməkdaşlıq mexanizmləri kibercinayətlərə operativ reaksiya verilməsinə imkan yaradır.

BMT-nin rəsmi səhifəsinə əsasən, Azərbaycan həm də Konvensiyanı qeyd-şərtlərlə imzalayan yeganə ölkədir. Bu beynəlxalq prosedurlara xüsusi olaraq peşəkar hüquqi yanaşmanın göstəricisidir.

Bütövlükdə, Konvensiya qlobal miqyasda kibercinayətkarlıqla mübarizədə qarşılıqlı koordinasiyanı, standartları, hüquqi əməkdaşlığı genişləndirməyi hədəfləyir.

Yanvar 2026


Rəqəmsallaşma və onlayn xidmətlərin geniş tətbiqi

müasir dövrdə əsas sosial trendlərdən biri hesab olunur. Bu yanaşma dövlət–vətəndaş münasibətlərini sadələşdirir, sosial xidmətlərin əlçatanlığını artırır, şəffaflıq və səmərəliliyi gücləndirir. Avropa İttifaqı (Aİ) ölkələrində əksər ictimai xidmətlər artıq onlayn olaraq mövcuddur. 2024-cü ildə Aİ vətəndaşlarının təxminən 70%-i dövlət xidmətlərinə internet vasitəsilə qoşulub – bu, əvvəlki illə müqayisədə artımdır və onlayn xidmətlərin populyarlığını göstərir. 2025-ci ildə isə Aİ əhalisinin 32,7%-i generativ süni intellekt vasitələrindən istifadə edib.

Ətraflı

Estoniya, Danimarka, Avstriya, Almaniya və Azərbaycan bu sahədə fərqli, lakin məqsədyönlü modellər tətbiq edən ölkələrdəndir.

Estoniya – Tam rəqəmsal dövlət modeli

Estoniya dünyada rəqəmsallaşmanın ən qabaqcıl nümunələrindən biridir.Ölkə rəqəmsal dövlət idarəçiliyi ilə dünya səviyyəsində tanınır və yaşayış yerlərindən asılı olmayaraq dövlət xidmətlərinə çıxışı təmin edir. Vətəndaşlar rəqəmsal imza, vergi bəyannamələri, səsvermə kimi xidmətlərdən internet üzərindən istifadə edə bilirlər. Ölkədə:

  • Rəqəmsal identifikasiya (e-ID) universal şəkildə tətbiq olunur – Ölkədə rəqəmsal identifikasiya sistemi (e-ID) universal şəkildə tətbiq olunur və vətəndaşlara dövlət, bank, səhiyyə, təhsil və digər əsas xidmətlərə vahid giriş imkanı yaradır.
  • Dövlət qurumları arasında məlumat mübadiləsi tam elektron əsasdadır – Dövlət qurumları arasında məlumat mübadiləsi tam elektron əsasda həyata keçirilir. “Once-only” prinsipi sayəsində vətəndaş eyni məlumatı dövlətə yalnız bir dəfə təqdim edir, sonrakı mərhələlərdə bu məlumatlar qurumlar arasında təhlükəsiz şəkildə paylaşılır.
  • Sosial, səhiyyə, təhsil və vergi xidmətləri əsasən avtomatik işləyir – Sosial, səhiyyə, təhsil və vergi xidmətlərinin böyük hissəsi avtomatik və proaktiv işləyir. Bir çox xidmətlər üçün əlavə müraciətə ehtiyac qalmır, proseslər arxa planda sistem tərəfindən idarə olunur. Bu yanaşma vaxt itkisini və bürokratiyanı minimuma endirir.

Prinsip: Dövlət xidmətləri sürətli və əlçatan olmalı, vətəndaşı yormamalıdır.

Danimarka – İnsan yönümlü rəqəmsal rifah dövləti

Danimarka rəqəmsallaşmanı təkcə texnoloji yenilik kimi deyil, sosial rifah dövlətinin əsas aləti kimi formalaşdırıb. Ölkədə rəqəmsal həllər və onlayn xidmətlər vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, sosial bərabərliyi qorumaq və dövlətə olan etimadı gücləndirmək məqsədi daşıyır.

  • Vahid rəqəmsal identifikasiya (MitID) – Danimarkada tətbiq edilən vahid rəqəmsal identifikasiya sistemi (MitID) vətəndaşlara dövlət, bank və özəl sektor xidmətlərinə təhlükəsiz və sürətli çıxış imkanı yaradır. Bu sistem vasitəsilə sosial müavinətlər, vergi əməliyyatları, səhiyyə və təhsil xidmətləri vahid platforma üzərindən idarə olunur.
  • Dövlətlə yazışmalar əsasən rəqəmsal formatda – Dövlətlə vətəndaş arasında ünsiyyətin əsas hissəsi rəqəmsal formatda həyata keçirilir. “Digital Post” sistemi vasitəsilə rəsmi bildirişlər, sosial qərarlar və sənədlər elektron şəkildə göndərilir. Bu yanaşma kağız sənəd dövriyyəsini minimuma endirir, prosesləri sürətləndirir və şəffaflığı artırır. Eyni zamanda, yaşlılar və xüsusi ehtiyaclı şəxslər üçün alternativ ünsiyyət kanalları saxlanılır ki, rəqəmsal inklüzivlik təmin edilsin.
  • Sosial müavinətlər və xidmətlər proaktiv şəkildə təqdim olunur – Danimarka modelinin mühüm xüsusiyyətlərindən biri proaktiv sosial xidmətlərdir. Dövlət vətəndaşın vəziyyətini analiz edərək bir çox sosial müavinət və xidmətləri avtomatik şəkildə təqdim edir. Məsələn, uşaq doğulduqda ailəyə aid müavinətlər, sosial dəstək və tibbi xidmətlər əlavə müraciət olmadan aktivləşdirilə bilir. Bu yanaşma bürokratik yükü azaldır və sosial müdafiə mexanizmlərinin effektivliyini artırır.

Prinsip: Rəqəmsallaşma texnologiya naminə deyil, insan rifahını və sosial etibarı gücləndirmək üçün tətbiq olunmalıdır.

Avstriya – Təhlükəsiz və vətəndaş-mərkəzli yanaşma

Avstriya rəqəmsallaşmanı mərhələli və hüquqi əsaslarla həyata keçirir:

  • Vahid dövlət portalı üzərindən onlayn xidmətlər – Ölkədə dövlət xidmətləri əsasən vahid rəsmi portal üzərindən onlayn təqdim olunur və vətəndaşların ehtiyaclarına uyğun şəkildə strukturlaşdırılır.
  • Güclü məlumat mühafizəsi və GDPR uyğunluğu – Rəqəmsal transformasiyanın əsas prioritetlərindən biri məlumatların qorunması və GDPR tələblərinə tam uyğunluqdur. Vətəndaşların şəxsi məlumatları üzərində nəzarət hüququ qorunur və rəqəmsal xidmətlər yüksək təhlükəsizlik standartları əsasında fəaliyyət göstərir.
  • Sosial və səhiyyə xidmətlərində elektron sistemlər – Sosial rifah və səhiyyə sahəsində elektron sistemlər geniş tətbiq edilir. Elektron tibbi məlumatlar, onlayn müraciətlər və rəqəmsal sosial xidmətlər prosesləri sadələşdirir, eyni zamanda hüquqi şəffaflığı təmin edir.

Prinsip: Texnologiya yalnız etimad və hüquqi təminat üzərində dayanıqlı ola bilər.

 Almaniya – Hüquq-mərkəzli və federal model

Almaniya rəqəmsallaşmanı ölkənin federal idarəetmə strukturu və güclü hüquqi sistemi nəzərə alınmaqla tədricən həyata keçirir. Bu modeldə əsas məqsəd texnoloji sürətdən çox, hüquqi təminatın, sosial balansın və vətəndaş hüquqlarının qorunmasıdır:

  • Dövlət xidmətlərinin onlaynlaşdırılmasını tələb edən qanunvericilik – Dövlət xidmətlərinin onlaynlaşdırılması xüsusi qanunvericilik aktları ilə tənzimlənir. Bu çərçivədə federal, regional və bələdiyyə səviyyəsində təqdim olunan sosial, inzibati və iqtisadi xidmətlərin rəqəmsallaşdırılması mərhələli şəkildə icra olunur. Rəqəmsallaşma prosesi vahid standartlara əsaslansa da, icra mexanizmləri regionlara uyğunlaşdırılır.
  • Sosial yardım, ailə və təhsil xidmətlərinin rəqəmsallaşdırılması – Sosial yardım, ailə dəstəyi və təhsil sahəsində bir çox xidmətlər artıq elektron formada təqdim olunur. Bununla yanaşı, Almaniya onlayn və oflayn xidmətlərin paralel saxlanmasına xüsusi önəm verir. Bu yanaşma rəqəmsal bacarıqları məhdud olan vətəndaşların, yaşlıların və həssas qrupların sosial xidmətlərdən kənarda qalmamasını təmin edir.
  • Onlayn və oflayn xidmətlərin paralel saxlanması – Almaniyada rəqəmsal həllərin tətbiqi zamanı məlumatların qorunması, alqoritmik qərarların şəffaflığı və hüquqi məsuliyyət əsas prinsip kimi qəbul edilir. Texnologiya insanın sosial hüquqlarını zəiflətməməli, əksinə onları daha effektiv şəkildə təmin etməlidir.

Prinsip: Rəqəmsallaşma sosial hüquqları qorumaq və gücləndirmək üçün xidmət etməlidir.

Azərbaycan – Mərkəzləşdirilmiş və innovativ regional model

Azərbaycanda rəqəmsallaşma və onlayn xidmətlərin tətbiqi prosesi sosial trend çərçivəsində həm dövlət, həm də vətəndaş səviyyəsində aktiv şəkildə inkişaf edir. Son illər bu sahədə çoxsaylı infrastruktur, hüquqi, texnoloji və xidmət yenilikləri həyata keçirilir:

  • E-hökumət xidmətlərinin güclü inkişafı – Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması uğurlu şəkildə gerçəkləşib və bu sahədə beynəlxalq göstəricilər də yaxşı nəticələr göstərir. 2024-cü ildə ölkə Birləşmiş Millətlər Təşkilatının Elektron Hökumət İnkişafı İndeksində “Çox Yüksək” kateqoriyasına daxil olub, dünya ölkələri arasında yüksələn mövqe əldə etmişdir.
  • “MyGov” kimi vahid rəqəmsal portalın aktiv istifadəsi – “myGov” platforması Azərbaycan vətəndaşları üçün əsas rəqəmsal hökumət xidməti portalıdır. İstifadəçilərin sayı 2 milyonu keçib, aktiv istifadəçilərin sayı artmaqdadır. Portal üzərindən 400-dən artıq xidmət təqdim olunur — sənəd çıxarışları, məlumatlara giriş, istəklər və daha çox. Yeniliklər arasında QR-kodu ilə sürətli giriş, şəxsi məlumatların idarə olunması və dövlət orqanları ilə rəqəmsal yazışma funksiyaları da var.
  • Bulud əsaslı dövlət idarəçiliyinə keçid – Azərbaycan “Hökumət Buludu (G-Cloud)” layihəsini həyata keçirir ki, bu da dövlət informasiya sistemlərinin rəqəmsal məkana köçürülməsi, məlumatların təhlükəsizliyi və xidmətlərin dayanıqlığını artırmaq məqsədi daşıyır.
  • Elektron xidmətlərin müxtəlif sahələrdə tətbiqi – Rəqəmsallaşma yalnız “myGov” portalı ilə məhdudlaşmır. Vergi sistemində elektron xidmətlər genişləndirilib; vergi bəyannamələrinin böyük hissəsi artıq onlayn təqdim edilir və çox sayda elektron xidmət mövcuddur. ASAN xidmət mərkəzləri elektron prosesləri və rəqəmsal həlləri əhaliyə təqdim edən əsas strukturlardan biridir. Dövlət idarəçiliyi və rəqəmsal hökumətlə bağlı proqramların təşviqinə yönəlmiş maarifləndirmə kampaniyaları mövcuddur.

Prinsip: Xidmətlər sadə, əlçatan və şəffaf olmalıdır.

Ümumi Yanaşma və Nəticə

Bu ölkələrin təcrübəsi göstərir ki:

Sosial xidmətlər proaktiv, sadə, əlçatan və şəffaf olmalıdır.

Rəqəmsallaşma texnologiya naminə deyil, insan rifahını və sosial etibarı gücləndirmək üçün tətbiq olunmalıdır.

Sosial islahatdır və etimad üzərində qurulmalıdır.

 Sosial dövlət modeli qorunmalıdır.

Hüquq və məlumat təhlükəsizliyi prioritetdir.

 Keçid mərhələli və inklüziv olmalıdır.

Etik, təhlükəsiz və inklüziv yanaşma önə çəkilir.

Rəqəmsallaşma sosial hüquqları qorumaq və gücləndirmək üçün xidmət etməlidir.

Yanvar 2026


Süni intellektin (AI) kütləvi tətbiqi

– Generativ AI (mətn, şəkil, video)
– Dövlət xidmətlərində, təhsildə, səhiyyədə AI
– AI etikası və tənzimləmə
Süni intellektin (AI) kütləvi tətbiqi—xüsusilə generativ AI, dövlət xidmətlərində, təhsildə və səhiyyədə AI tətbiqi, həmçinin AI etikası və tənzimləməsi üzrə Avropa ölkələrində və Azərbaycanda atılan əsas addımların konkret xülasəsi verilmişdir:

Ətraflı

Avropa ölkələrində AI üzrə əsas addımlar

Avropa İttifaqı (Aİ) “AI Act” (Süni İntellekt Qanunu) çərçivəsini tətbiq etməyə başlayıb ki, bu da AI sistemləri üçün risk əsasında tənzimləmə yaradır. AI sistemləri “minimal”, “məhdud”, “yüksək risk” və “qadağan edilmiş risk” səviyyələrinə görə təsnif olunur.

 Avropa ölkələrində atılan addımlar:

  • Dövlət qurumlarında generativ AI yalnız insan nəzarəti ilə tətbiq olunur
  • Rəqəmsal saxta medianın və saxta kontentin qarşısının alınması üçün etiketləmə tələbi
  • Açıq mənbəli AI modellərinə (open-source) dəstək

Nümunələr:

Fransa Dövlət sənədlərinin ilkin layihələrinin AI ilə hazırlanması

Fransada dövlət sənədlərinin ilkin layihələrinin AI ilə hazırlanması praktikası artıq sadəcə ideya yox, idarəetmədə məhsuldarlığı artıran real mexanizm kimi formalaşıb. Fransanın yanaşması belədir:

AI hazırlayır  → insan yoxlayır və qərar verir

Yəni süni intellekt:

  • Qərar vermir
  • Hüquqi məsuliyyət daşımır
  • Sadəcə vaxt aparan texniki işi görür

Almaniya – hüquqi mətnlərin xülasələşdirilməsi üçün generativ AI

Almaniyada hüquqi mətnlərin xülasələşdirilməsi üçün generativ AI tətbiqi ehtiyatlı, hüquq-mərkəzli və yüksək standartlara bağlı bir model kimi formalaşıb. Almaniyanın əsas yanaşması:

AI oxuyur və xülasə edir → insan yoxlayır və qərar verir

Burada əsas məqsəd:

  • Həddən artıq uzun və mürəkkəb hüquqi mətnləri anlaşılan formaya salmaq
  • Hüquqşünas və dövlət qulluqçularının vaxtını qorumaq

Nəticədə Almaniyada generativ AI hüququ əvəz etmir – hüququ oxunaqlı və idarəolunan edir.

Estoniya – AI əsaslı rəqəmsal dövlət köməkçiləri

Estoniyada AI əsaslı rəqəmsal dövlət köməkçiləri (digital government assistants) dünyada ən yetkin və sistemli nümunələrdən biri hesab olunur. Bu model sadəcə “çatbot” deyil, tam inteqrasiya olunmuş rəqəmsal dövlət ekosisteminin bir hissəsidir. Estoniyanın əsas ideyası:

Vətəndaş dövləti axtarmır — dövlət vətəndaşı tanıyır və yönləndirir

Rəqəmsal dövlət köməkçisi tək bir qurumu yox, bütün dövlət sistemini təmsil edir və vətəndaşa “hara müraciət edim?” sualını verməyə ehtiyac qoymur.

Rəqəmsal köməkçi vətəndaşla ünsiyyəti (Sual-cavab, prosedur izahı, müraciətlərin istiqamətləndirilməsi), proaktiv xidmətləri dövlət xidmətlərinə inteqrasiyanı həyata keçirir.

Hollandiya – sosial risklərin erkən aşkarlanması

Hollandiyada sosial risklərin erkən aşkarlanması üçün AI istifadəsi Avropada ən çox müzakirə olunan və müəyyən nəticələri olan nümunələrdən biridir. Bu model xüsusilə sosial müdafiə, məşğulluq və bələdiyyə səviyyəsində önləyici siyasət üçün formalaşıb. Hollandiyada bundan sonra AI istifadəsi risk aşkarlamadan→ sosial dəstək modelinə çevrildi. Aİ istifadəsində əsas məqsəd yoxsulluq, sosial kənarlaşma, işsizlik və sosial riskləri erkən mərhələdə görmək, dövlətin proaktiv davranmasını təmin etməkdən ibarətdir.

Finlandiya – AI əsaslı dövlət chatbotları

Finlandiyada AI əsaslı dövlət chatbotları Avropada ən vətəndaşyönümlü, etik və maarifləndirici modellərdən biridir. Bu chatbotlar sadəcə “sual-cavab botu” deyil, dövlətlə vətəndaş arasında etibarlı rəqəmsal ünsiyyət kanalı kimi dizayn edilib. Burada əsas məqsəd:

  • Mürəkkəb dövlət prosedurlarını sadə dillə izah etmək
  • Vətəndaşın doğru və etibarlı məlumata tez çatmasını təmin etmək
  • Dövlət qurumlarının yükünü azaltmaq

Azərbaycanda süni intellektin tətbiqi üzrə atılan əsas addımlar

Azərbaycanda 2025–2028-ci illər üçün Milli Süni İntellekt Strategiyası təsdiqlənib. Strategiya AI-nin iqtisadi, ictimai və dövlət xidmətlərinə tətbiqini sürətləndirmək, insan kapitalını inkişaf etdirmək və dövlət-özəl sektor əməkdaşlığını artırmaq məqsədi daşıyır.

AI dövlət siyasətinin rəsmi prioritet sahəsi kimi tanınıbdır. AI-nin dövlət xidmətlərində, iqtisadiyyatda və sosial sekto.rda tətbiqi strateji sənəddə ayrıca göstərilibdir.

Azərbaycanda dövlət qurumlarının süni intellekt layihələrini dəstəkləmək üçün 20 milyondan çox büdcə ilə iki əsas superkompüter mərkəzi (İqtisadiyyat Nazirliyi və AzInTelecom vasitəsilə) qurulur. CASPEL şirkəti tərəfindən Dell və NVIDIA texnologiyaları ilə inşa edilən ilk mərkəz dövlət sektoruna xidmət edəcək. Həmçinin, “ASAN AI Hub” platforması istifadəyə verilib ki, onun əsas məqsədi Azərbaycanda süni intellekt sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirməkdir.

2025-ci ildə, AZCON Holding-in tərkibində Milli Süni İntellekt Mərkəzi yaradılıb. Bu mərkəz, ölkəmizdə süni intellekt sahəsində tədqiqat və inkişafı təşviq edir. Mərkəz süni intellekt texnologiyalarının tətbiqi ilə rəqəmsal transformasiyanı sürətləndirməyi hədəfləyir. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi fəaliyyətində süni intellektin tətbiqinə hazırlaşır və bu istiqamətdə infrastrukturun formalaşdırılması işlərinə başlanılıb. Məqsəd, düzgün data əsasında süni intellektdən istifadə imkanlarını yaratmaq və bu sahədə lazımi data mərkəzlərini formalaşdırmaqdır. Qanunvericiliyin süni intellektin anlayacağı formata uyğunlaşdırılması və xüsusi standartların hazırlanması nəzərdə tutulur.

Dövlət qurumları tərəfindən icra olunan və ya icrası planlaşdırılan digər süni intellekt layihələri:

1. Elm və Təhsil Nazirliyi – “Rəqəmsal məktəb” layihəsi çərçivəsində şagird və müəllimlər üçün süni intellekt əsaslı chatbot hazırlanır. Bu resurs Azərbaycan tarixi, Azərbaycan dili və digər əsas fənlər üzrə şagirdlərə və müəllimlərə dəstək verəcək. Nazirlik Aİ sahəsində qlobal şirkətlərlə də əməkdaşlıq edir.

2. Dövlət İmtahan Mərkəzi – 2023-cü ildə süni intellekt əsaslı səsli bot sisteminin alınmasına 43.500 manat ayıraraq bu sahəyə vəsait yönəldən ilk qurumlardan olub.

3. Ədliyyə Nazirliyi – mövcud və mükəmməl e-qanun bazası əsasında e-qanun.ai adlı süni intellekt platformasını istifadəyə verib.

4. İqtisadiyyat Nazirliyi – iki böyük layihəyə vəsait ayırıb:

– Çağrı mərkəzi üçün nitq analitik platforması (1.722.999 manat).

– Sənaye 4.0 Akselerasiya Mərkəzi və Süni İntellekt Laboratoriyası (603.216 manat).

– SOCAR -ın da qlobal şirkətlərlə birgə Aİ layihələri var.

5. MİDA – “Güzəştli mənzil” sistemi üçün 24/7 texniki dəstək və süni intellekt monitorinqi (1.569.400 manat).

6. Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu – su ehtiyatlarının idarəsində AI və innovativ həllərə dair bootcamp (79.239 manat).

7. Kənd Təsərrüfatı Nazirliyi – McKinsey & Company ilə 10 mln. manatlıq müqavilə imzalayıb. Layihə aqrar sektorun inkişafı üçün proqnozlaşdırma sistemlərinin AI modelləri əsasında qurulmasını hədəfləyir.

8. RİNN və Mərkəzi Bank – 2024-cü ildə süni intellekt sahəsində ixtisaslaşmış startap və şirkətləri ölkəyə cəlb etmək üçün Süni İntellekt Alyansı yaradılıb.

9. ABB – Aİ sahəsində banklar arasında daha çox fərqlənir. Bir neçə AI və ML layihələrinə start verib, AI Factory yaradıldığını elan edib.

10. Ali Məhkəmə və RİNN – məhkəmə sistemində tətbiqi nəzərdə tutulan AI həlli üzərində iş aparır. Bu sistem vətəndaşların məhkəməyə müraciət etməzdən əvvəl oxşar işlər üzrə təcrübəni öyrənməsinə imkan verəcək.

11. Daxili İşlər Nazirliyi – polis sistemində süni intellektin tətbiqi üçün geniş layihəyə start verib. Yol xəritəsi, monitorinq və analitik təhlil mexanizmləri, beynəlxalq və yerli ekspertlərin iştirakı ilə əsaslandırmalar, süni intellekt həlləri hazırlanır.

12. Milli süni intellekt həlləri üçün infrastruktur layihələri.

Dövlətin AI Hazırlıq Səviyyəsi 

Azərbaycan Oxford Insights – Government AI Readiness Index reytinqində mövqeyini xeyli yaxşılaşdırıb. Dövlətin rəqəmsal infrastrukturu, data idarəetməsi və institusional AI hazırlığı beynəlxalq qiymətləndirmədə müsbət qeyd olunub. AI mövzusu dövlət qurumlarında idarəetmə gündəliyinə daxil edilib. Bakıda keçirilən “AI Index for the Islamic World” beynəlxalq konfransda AI-nin etik təsirləri, sosial nəticələri və regional əməkdaşlıq imkanları beynəlxalq səviyyədə müzakirə olunubdur:

  • Azərbaycan AI üzrə regional dialoq platforması kimi çıxış edib
  • Beynəlxalq təşkilatlarla (UNDP, DB və s.) AI mövzusu gündəliyə daxil edilib

Pilot AI layihələri və real tətbiqlər

AI daha çox eksperimental və pilot mərhələdədir. Ölkədə müxtəlif sahələrdə — səhiyyə, təhsil, kənd təsərrüfatı, idman və rəqəmsal dövlət xidmətləri kimi sahələrdə məsuliyyətli AI tətbiqləri üzrə pilot layihələr həyata keçirilir. Bu AI-nin real tətbiqi və sınağına yönəlib.

Səhiyyədə:

  • tibbi məlumatların AI ilə analizi
  • diaqnostik dəstək alətləri (pilot səviyyədə)

Təhsildə:

  • AI əsaslı öyrənmə və qiymətləndirmə alətləri
  • universitetlərdə praktiki AI tətbiqləri

Rəqəmsal dövlət xidmətlərində:

  • chatbotlar
  • müraciətlərin avtomatik təsnifatı

Kənd təsərrüfatı və idmanda:

  • proqnozlaşdırma və performans analitikası üzrə AI pilotları

AI təhsili və AI Academy

Azərbaycanda AI Academy fəaliyyətə başlayıb. AI üzrə proqramlaşdırma, data analitikası və maşın öyrənməsi (machine learning) kursları tədris olunur. Gənclər və mütəxəssislər üçün praktiki AI bacarıqları formalaşdırılır, eyni zamanda, Universitetlərdə AI və data yönümlü proqramlar genişlənibdir.

Azərbaycanda AI üzrə nəzərdə tutulan əsas strateji istiqamətlər:

1.Dövlət xidmətlərində AI:

  • Sənəd dövriyyəsinin avtomatlaşdırılması
  • Dövlət chatbotları və AI köməkçilərin yaradılması
  • Sosial və inzibati xidmətlərdə AI dəstəyi (qərar yox!)

2.İqtisadiyyat və biznes:

  • AI əsaslı KOB həlləri
  • FinTech və GovTech tətbiqləri
  • Sənaye və logistika üçün AI optimallaşdırma

3. Sosial sektor:

  • Sosial risklərin erkən aşkarlanması (etik model)
  • Reabilitasiya və psixoloji xidmətlərdə AI dəstək alətlərinin tətbiqi
  • Aİ ilə təhsildə fərdiləşdirilmiş öyrənmə

4. İnsan kapitalı:

  • AI savadlılığı (AI literacy)
  • Dövlət qulluqçuları üçün AI bacarıqları
  • Müəllimlər və sosial işçilər üçün xüsusi modullar
  1. ↩︎
  2. ↩︎